adalet.az header logo
  • Bakı 7°C
03 Avqust 2020 21:28
53624
MARAQLI
A- A+

“Forbes” Rusiya şou-biznesinin ən zəngin sənətçilərinin siyahısını açıqladı

ABŞ-ın məşhur "Forbes” jurnalı Rusiya şou-biznesinin ən zəngin simalarının siyahısını hazırlayıb.

REN TV xəbər verir ki, Rusiyanın ən zəngin şou-biznes nümayəndələrinin siyahısına "Leninqrad” qrupunun solisti Sergey Şnurov başçılıq edir.

Onun sərvəti 8,8 milyon dollar həcmində qiymətləndirilir.

İkinci sırada məşhur ifaçıYeqor Krid qərarlaşıb. 26 yaşlı müğənniningəliri 6,9 milyon dollar təşkil edir.

İlk üçlüyü 6,8 milyon dollar sərvəti olan müğənni Dima Bilan qapayır.

Siyahıda sonrakı yerləri Basta ləqəbi ilə tanınan repçivə prodüser Vasili Vakulenko (6,6 milyon dollar), Rusiyanın pop kralı Filipp Kirkorov (6,6 milyon dollar), müğənni Polina Qaqarina (6,4 milyon dollar) tuturlar.