adalet.az header logo
  • Bakı 7°C
03 Avqust 2020 20:15
19794
DÜNYA
A- A+

Sabiq Roma Papası xəstələnib

Sabiq Roma Papası XVI Benedikt ağır xəstələnib.

Bu barədə "Passauer Neue Presse” Papanınbioqrafı, alman jurnalist Piter Zeevalda istinadən xəbər verib.

Məlumata görə, keçmiş patriarxın halı bu ilin iyununda Almaniyaya səfər etdikdən sonra pisləşib. Qeyd olunur ki, həkimlər pontifikə üzüniltihabı diaqnozu qoyublar və o, hazırda çox zəifdir.

Yeri gəlmişkən, XVI Benedikt iyun ayında son nəfəsində olan böyük qardaşı 96 yaşlı keşiş Georq Ratzinqeri ziyarət etmişdi.

Nəşrin bildirdiyinə görə, Papa artıq vəsiyyətnamə hazırlayıb.