adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
03 Avqust 2020 20:00
15918
HADİSƏ
A- A+

Britaniya parlamentinin deputatı cinsi təcavüz ittihamı ilə həbs olunub

Britaniya parlamentinin Mühafizəkarlar Partiyasından olan deputatıtəcavüz ittihamı iləhəbs olunub.

Bu barədə "The Times” xəbər yayıb.

Şübhəlinin adı açıqlanmır, ancaq onun 50 yaşlarında biri olduğu vurğulanıb.

Polisin məlumatına görə, zərərçəkən tibbi yardım üçün müraciət edib.

Mühafizəkarlar Partiyasının rəhbərliyi istintaqla işləməyə hazır olduğunu, ancaq deputatı hələlik qurumdan xaric etməyi düşünmədiklərini bildirib.

Cinsi zorakılığa məruz qaldığını iddia edən qadın isə partiyanın bu qərarından narahat olduğunu bildirib.

"Bu təhqiramizdir”, - deyə, qadın vurğulayıb.