adalet.az header logo
  • Bakı 7°C
03 Avqust 2020 19:36
14125
GÜNDƏM
A- A+

Hikmət Hacıyev: Toy mərasimlərinin bərpa edilməsi koronavirusun artmasına səbəb ola bilər

Azərbaycanda toy mərasimlərinin bərpa edilməsi koronavirusun yayılmasının artmasına səbəb ola bilər.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

H.Hacıyev bildirib ki, toy Azərbaycan mədəniyyətinin bir tərkib hissəsidir və Azərbaycan xalqının ənənəsidir: "Lakin nəzərə almaq lazımdır ki, toy mərasimləri zamanı 100-200 və daha çox insanların qapalı məkanda bir araya gəlməsi və yaxın təmasda olması virusun yoluxmaısna səbəb ola bilər. Digər ölkələrdə yumşalmalardan sonra virusun yenidən alovlanması baş verir. Ona görə də biz təmkinli olmalı və əldə olunmuş naliyytləri davam etdirilməliyik”.