adalet.az header logo
  • Bakı 7°C
03 Avqust 2020 19:00
14246
MƏMLƏKƏT
A- A+

Məişət tullantılarının daşınması ilə əlaqədar Bakıda islahatlar aparılır - RƏSMİ

Məişət tullantılarının daşınması ilə əlaqədar Bakı şəhərində islahatlar aparılır.

Trend-in məlumatına görə, bunu Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, hazırda Bakıda yeni pilot lahiyənin icrasına başlanılıb: "Bu proses İngiltərənin böyük şirkətlərindən biri ilə aparılır. Pilot layihə olaraq bu işlər hələlik Nərimanov rayonunda baş tutur. Sözügedən rayonda yeni konteynerlər yerləşdirilib və bunlar adi konteyner deyil. Hər birində tullantıların çeşidlənməsi funksiyası var. Nərimanov rayonundakı layihə yekunlaşdıqdan sonra, işlər Bakının digər rayonlarında da aparılacaq”.