adalet.az header logo
  • Bakı 7°C
03 Avqust 2020 18:39
13595
MƏMLƏKƏT
A- A+

Türkiyəli hərbçilər Naxçıvanın tarixi-mədəni yerlərini ziyarət etdilər - FOTO

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərində iştirak edən Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının bayram və istirahət günlərində mənalı istirahətləri təşkil olunub.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları Naxçıvan Muxtar Respublikasının tarixi-mədəni yerlərini, "Əshabi-Kəhf Ziyarətgahı” dini-mədəni abidə kompleksini, Batabat yaylağını, Şahbuz Dövlət Təbiət Qoruğunu ziyarət ediblər.

Türkiyəli hərbçilər gəzinti çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində şəxsi heyətin sosial-məişət şəraiti, silah və texnika ilə tanış olub, əsgərlərimizlə birlikdə nahar ediblər.