adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
03 Avqust 2020 18:00
12761
GÜNDƏM
A- A+

Hikmət Hacıyev: Metro və “Mall”ların açılması koronavirusun artmasına səbəb ola bilər

Bakı metropoliteninin fəaliyyətə başlaması koronavirusun geniş yayılmasına səbəb ola bilər.

Adalet.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

H.Hacıyev bildirib ki, metronun açılması məsələsi ekspertlər tərəfindən müzakirə olunur: "Ekspertlərin rəyinə görə, metronun vintilasiya sistemi ümumi olduğu üçün virus daha sürətlə yayıla bilər. Bu səbəbdən metropolitenin açılması hələ ki, məqsədəuyğun hesab edilmir”.

Dövlət rəsmisi qeyd edib ki, Bakı Nəqliyyat Agentliyi qarşısında tapşırıq qoyulub ki, günün pik saatlarında avtobusların sayı artırılsın.

H.Hacıyev əlavə edib ki, "Mall"ların və ticarət mərkəzlərin də açılması virusun yayılmasına səbəb ola bilər: ""Mall"larda və iri ticarət mərkəzlərində qapalı məkanda çoxlu sayda insanlar toplaşdığı üçün virusun yayılma sürəti arta bilər".