adalet.az header logo
  • Bakı 7°C
03 Avqust 2020 17:40
13131
MƏMLƏKƏT
A- A+

Çimərliklərin iş qrafiki müəyyənləşib - RƏSMİ

"Cimerlik.az" portalına 100-dən çox çimərliyin məlumatları əlavə olunub.

Adalet.az-ın məlumatına görə, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, həmin çimərliklərin hər biri barəsində vətəndaşlar məlumat ala biləcəklər. Çimərliklər səhər saat 09.00-dan axşam 20.00-dək fəaliyyət göstərəcək:

"Çimərliklərdə könüllü qruplar fəaliyyət göstərəcək. Vətəndaşlardan xahiş olunur ki, çimərliklərdə hər hansı qayda pozuntusu aşkar edərlərsə, könüllülərə məlumat versinlər"