adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
03 Avqust 2020 17:38
15325
SAĞLAMLIQ
A- A+

Çinin Uhan şəhərindən olan həkimlər Azərbaycana gələcək

Çinin Uhan şəhərində fəaliyyət göstərmiş ekspert qrupunun koronavirusla mübarizə çərçivəsində bu günlərdə Azərbaycana gəlməsi nəzərdə tutulur.

Adalet.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

H.Hacıyev bildirib ki, Azərbaycan koronavirusla mübarizə çərçivəsində beynəlxalq əməkdaşlığı davam etdirir. O qeyd dib ki, artıq Rusiyadan, Çindən, İtaliyadan, Kubadan həkimlər koronavirusla mübarizə çərçivəsində Azərbaycana gəliblər.