adalet.az header logo
  • Bakı 6°C
03 Avqust 2020 17:34
17558
MƏMLƏKƏT
A- A+

Ülvi Mehdiyev: Çimərliklərə getmək üçün xüsusi icazə ehtiyac yoxdur

Çimərliyə getmək üçün xüsusi icazə ehtiyac yoxdur, "Cimerlik.az" portalı sadəcə çimərliklərdəki mövcud vəziyyəti öyrənmək üçün yaradılıb.

Bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, doluluq səviyyəsinə yaşıl, sarı, qırmızı rənglərdə olacaq. Əgər çimərlik dolu olarsa, vətəndaş bunu əvvəlcədən biləcək. Bu çimərliklər pandemiya tələblərinə uyğun olaraq fəaliyyət göstərirlər: "Əgər bir çimərliyin tutumu 500 nəfərlikdisə 501-ci adam çimərliyə buraxılmayacaq və digər çimərliyə getməsi xahiş olunacaq".