adalet.az header logo
  • Bakı 7°C
03 Avqust 2020 17:32
12830
GÜNDƏM
A- A+

Ülvi Mehdiyev: Bu günədək 30 milyon SMS yoxlanılıb

Avqustun 5-dən etibarən SMS icazə ləğv olunur. 21 iyun tarixindən bu günədək 700 minədək SMS icazə alınıb. Bu günədək 30 milyon SMS yoxlanılıb.

Bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, mövcud vəziyyət çimərliklərdən istifadəyə imkan verir: "Montiqorinq qrupları müəyyən edilib və pandemiya şəraitinə uyğun gələn çimərliklər vahid reysterə salınıb. "Cimerlik.az" saytı vasitəsilə insanlar istədikləri çimərliklərə gedə biləcəklər. Çimərliyə getmək üçün xüsusi icazə yoxdur. İstənilən şəxs çimərliyə gedə bilər. Bu portal hər hansı icazə almaq üçün nəzərdə tutulmayıb. Bu sayt sadəcə sizə çimərliklərin tutumu və digər özəllikləri ilə bağlı məlumat verəcək".