adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
03 Avqust 2020 16:45
14634
MƏMLƏKƏT
A- A+

Şəki və Siyəzən siyahıdan çıxarılır, Salyanda isə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunacaq

Avqustun 5-dən Salyan rayonunda da sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunacaq.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında davam edəcək.

Qeyd edək ki, avqustun 5-dən etibarən Şəki və Siyəzən rayonlarında sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunmayacaq.