Hikmət Hacıyev Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ilə görüşüb
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ilə görüş keçirib.
Görüşdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva da iştirak edib.
Görüşdə Ermənistanın işğalçılıq siyasətinin bütün platformalarda ifşa edilməsi və hücum diplomatiyası aparılması yönündə ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının fəaliyyəti və bunun daha da gücləndirilməsi məsələləri diqqət mərkəzində olub. Bu xüsusda icma üzvlərinin haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasının əhəmiyyəti vurğulanıb.
Ölkə rəhbərliyinin həyata keçirdiyi siyasətin ən əsas hədəfinin məhz ərazi bütövlüyümüzün ən qısa zamanda bərpa edilməsi və məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtması xüsusilə qeyd edilib.