adalet.az header logo
  • Bakı 7°C
03 Avqust 2020 15:34
21673
DÜNYA
A- A+

Ukraynada biznes mərkəzini partlatmaq istəyən şəxsin kimliyi məlum oldu - YENİLƏNİB

Ukraynanın paytaxtı Kiyevdəki biznes mərkəzini partlatmaqla hədələyən şəxsin adı və fotosu barədə məlumat əldə olunub.

Bu şəxs Özbəkistan respublikasının vətəndaşı Zöhrab Kərimovdur.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşlarıZ.Kərimovla danışıqlar aparır.

14:52

Ukraynanın paytaxtı Kiyevdə yerləşən"Leonardo” biznes mərkəzində naməlum şəxs çantasında yerləşən bombanı işə salacağını bildirib.

Oxu.Azxəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər nazirinin müavini Anton Geraşenko öz "Facebook” səhifəsində yazıb.

Biznes mərkəzinin işçiləri artıq məkanı tərk etsələr də, oranın sahibi öz istəyi ilə binada qalmaq barədə qərar verib.

A.Geraşenkonun sözlərinə görə, hazırda terrorçu ilə danışıqlar aparılır.