adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
03 Avqust 2020 15:25
46926
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: BİGANƏLİYİN ŞEİRİ

Anlar illərə dönür
İçimdə işıq sönür...
Mənimlə bir eşq ölür -
bilmirsən...

Asılıram gumandan
Dağdan enən dumandan...
Səndən umud umanda -
dinmirsən...

Sevə - sevə bu baxdı
Sapa düzürəm vaxtı...
Gözümdən sellər axdı -
silmirsən...

Hakim olub anıma
Çevrildin xəyalıma...
Yaxşı ki, bu halıma -
gülmürsən.

Ancaq Allah, ancaq O
Səvab, günah ancaq O!
Bu gün, sabah ancaq O -
bilmirsən....