adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
03 Avqust 2020 09:07
14738
HADİSƏ
A- A+

Avtobusa maskasız minən gənclərin davası qanlı bitdi: Sürücü başından bıçaqlandı

Türkiyədə bir qrup gənc avtobusa maskasız minmək istəyib və bu zaman sürücü ilə aralarında mübahisə yaranıb.

Ahaber.com-un məlumatına görə, hadisə Balıkesir şəhərində baş verib.

Sürücünün iddiasına görə, gənclər sərxoş olub və onun dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, maskalarını taxmayıblar. Bu zaman onlar arasında mübahisə yaranıb. Gənclərdən biri sürücünü başından bıçaqlayıb.

O, dərhal xəstəxanaya çatdırılıb.

Polislər gənclərin kimliyini müəyyənləşdirməyə çalışır.