adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
02 Avqust 2020 23:00
17006
DÜNYA
A- A+

Hindistanın daxili işlər naziri koronavirusa yoluxdu

Hindistanın daxili işlər naziri Amit Şah koronavirusa yoluxub.

CNN-nin xəbərinə görə, bu barədə nazir özü açıqlama verib.

O bildirib ki, özündə xəstəliyin ilk simptomlarını hiss edən kimi həkimə müraciət edib. Ondan iki dəfə test götürülüb və hər iki testin nəticəsi müsbət olub.

Bundan sonra nazir xəstəxana şəraitində müalicəyə götürülüb.

Daxili işlər naziri yaxın müddətdə onunla təmasda olmuş hər kəsdən təcrid olunmalarını xahiş edib.