adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
02 Avqust 2020 14:45
47959
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: QAYTARMA...

Əllərini əllərimdə bilmişəm
Üzü sənə birnəfəsə gəlmişəm...
Mən üzümü tellərinlə silmşəm-
Məni ümid qapısından qaytarma...

Gözlərimin yuxusunu göy çəkib
Bomboz çəkib, qara çəkib, göy çəkib...
Ha əlimə, ayağıma döy çəkib -
Məni ümid qapısından qaytarma...-

İstəyimdi, çox demirəm, bir gilə,
heç olmasa xəyalıma nur çilə!
Sən də , mən tək, Allahımdan dur, dilə-
Məni ümid qapısından qaytarma...

Sən qibləyə dizi üstə baxıram
Son nəfəsəm - son damla tək axıram...
Çökmüş bulud timsalında yağıram -
Məni ümid qapısından qaytarma...