adalet.az header logo
  • Bakı 7°C
01 Avqust 2020 17:00
28677
DÜNYA
A- A+

Putin koronavirus xəstəxanasını ziyarət etdi, heç kim onu tanımadı - VİDEO

Koronavirus epidemiyası zamanı Kommunarkada 40 saylı xəstəxanaya baş çəkən Rusiya Prezidenti Vladimir Putini həkimlər və tibb işçiləri tanımayıb.

Bu barədə "Rossiyskaya qazeta”ya müsahibəsində klinikanın baş həkimi Denis Protsenko məlumat verib.

Dövlət başçısı klinikada sarı qoruyucu kostyumda hərəkət edib.

"Prezidenti ancaq reanimasiya şöbəsində və qəbul bölməsində görənhəkimlər, tibb bacılarısarı qoruyucu kostyumda olan adamın kimliyini axşam televiziya xəbərlərindənöyrəniblər”, - deyə Protsenko etiraf edib.

Ziyarət mart ayında, RusiyadaCOVID-19 epidemiyası yayılmağa başlayanda baş verib. Həmin vaxt prezidentbaş həkimlə danışmış, pasiyentləri ziyarət etmişdi.

Bir neçə ay sonra - iyun ayının sonunda - Putin "qırmızı zona”ya etdiyi səfərin mənasını açıqlamışdı:

"Hesabatlardan öyrənmək başqa, özün gəlib hər şeyə yerində baxmaq başqa. Mən prinsipcə nə baş verməsindən asılı olmayaraq, hər zamanbu cür hərəkət etmişəm”.

Onun sözlərinə görə, hamı bu qərara qarşı olub.