adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
01 Avqust 2020 15:20
25896
DÜNYA
A- A+

Ruhani: “Koronavirus peyvəndi tapılana qədər qadağalar qüvvədə qalacaq”

"Koronavirusa qarşı peyvənd tapılana qədər tədbirlər davam etdiriləcək və qanunlara riayət etməyənləri cəzalandıracağıq”.

"Hürriyet”in məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani deyib.

İran prezidenti ölkədə vəziyyətin ümidverici olduğunu bildirib.

"Son həftələrdə çətin şərtlər müşahidə olunan təxminən 10 əyalət bu gün pik həddi keçdi. İnşallah, gələcək günlərdə daha stabil və sakit bir vəziyyətə nail olacağıq”, - deyə H.Ruhani bildirib.

H.Ruhaniölkədə məhdudiyyətlərin peyvənd tapılana və şərtlər dəyişənə qədər yumşaldılmayacağını qeyd edib.