adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
01 Avqust 2020 11:00
36071
SAĞLAMLIQ
A- A+

Koronavirusdan sağalmış şəxslərdə eşitmə problemləri aşkarlanıb

Böyük Britaniyanın Mançester Universitetinin alimləri koronavirusa yoluxub sağalmış şəxslərdə eşitmə ilə bağlı problemlər aşkar edib.

Adalet.az-ın məlumatına görə, mütəxəssislər 121 xəstə üzərində müşahidə aparıb. Onlardan 16 nəfəri eşitmə qabiliyyətinin zəifləməsi ilə bağlı şikayət edib.

Bu cür problemlər həmin xəstələrdə xəstəxanadan buraxılandan iki ay sonra qeydə alınıb.

Mütəxəssislər hesab edir ki, eşitmənin zəifləməsinə stress və infeksiyaya qarşı istifadə olunan preparatlar təsir edə bilər.