adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
31 Iyul 2020 13:46
28794
HADİSƏ
A- A+

Hərbi qulluqçumuz xəstəlikdən vəfat edib

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının reanimasiya-anesteziologiya bölməsinin zabiti, tibb xidməti mayoru Cəfərov Teymur Oktay oğlu dünyada yayılan koronavirus (COVİD-19) infeksiyasından vəfat edib.

Bu barədə Müdafiə Nazirliyindən Adalet.az-a məlumat verilib.

Təəssüflə bildirilib ki, həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və iyulun 31-də səhər saatlarında o, dünyasını dəyişib.

Müdafiə Nazirliyinin rəhbərliyi və hərbi tibb personalı vəfat edən hərbi qulluqçumuzun yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!