adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
30 Iyul 2020 20:45
15222
MƏMLƏKƏT
A- A+

“Sədərək” ticarət mərkəzi açılır? - VİDEO

Pandemiya səbəbindən fəaliyyətini müvəqqəti dayandıran iri ticarət mərkəzləri yaxın günlərdə fəaliyyətini bərpa edə bilər.

Baku TVxəbər verir ki,"Sədərək” ticarət mərkəzindəartıqtəmir-bərpa işlərinə də başlanılıb. Lakinmağazalar açılsa belə, ticarət mərkəzlərində ümumi karantin rejimi qaydalarına əməl edilməsinə aidiyyəti qurumlar tərəfindən nəzarət olunacağı da gözləniləndir.

"Sədərək”ticarət mərkəzinin mətbuat xidmətininrəhbəri Kəmaləddin Qədimin sözlərinə görə, koronavirusa yoluxanların sayında son zamanlarazalmanın müşahidə olunması iri ticarət mərkəzlərinin açılacağına səbəb ola bilər:

"Bildiyiniz kimi, ölkəmizdə koronavirs pandemiyası ilə əlaqədar iri ticarət mərkəzləri bağlanıb. Lakin son vaxtlarvirusa yoluxanların sayında azalmanın müşahidə olunması səbəbindən ticarət mərkəzləri, o cümlədən"Sədərək”ticarət mərkəzi açıla bilər. Hamımızın gözlədiyi bir haldır ki, mağazalar tezliklə açılsın. Çünki burada on minlərlə dükan və 30-40minə qədəriş yeri var. Amma yenə də hər şey Nazirlər Kabineti yanında fəaliyyət göstərən operativ qərərgahın qərarından asılıdır”.

Xatırladaq ki, avqustun 5-də 14 şəhər və rayonda sərt karantin rejimi başa çatır.Bu tarixdən hansı xidmət sahələrinə işləmək icazəsi veriləcəyi isə hələlik açıqlanmayıb.