adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
30 Iyul 2020 20:34
24196
SİYASƏT
A- A+

Azərbaycanın Britaniyadakı səfirliyinin əməkdaşı: Dağlıq Qarabağla bağlı həqiqətləri Britaniya ictimaiyyətinə çatdırdıq

Məlum olduğu kimi, 17 iyul tarixində Britaniyadakı azərbaycanlılar Ermənistan səfirliyinin qarşısında Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribatlara etiraz əlaməti olaraq dinc aksiya keçirib. 28 iyul tarixində isə Britaniyada yaşayan 300-dən çox həmvətənimiz ilk olaraq BBC binası qarşısında dinc aksiya keçirdi, Trafalqar meydanı və Britaniya Baş nazirinin ofisinin qarşısından Parlament binasınadək yürüş edərək Parlament qarşısında daha bir etiraz aksiyası təşkil oluyndu. Sözügedən yürüş-aksiya 3 saatdan çox davam etdi.

Bunu Trend-ə Azərbaycanın Britaniyadakı səfirliyinin əməkdaşı Günel Səlimova deyib. Onun sözlərnə görə, həmin aksiyalarda azərbaycanlılar erməni təcavüzünə etiraz edən sloqanlar səsləndirib, Azərbaycanla, Dağlıq Qarabağla bağlı həqiqətləri Britaniya ictimaiyyətinə çatdırıb:

"Azərbaycan himni, Sarı Gəlin və bu kimi digər mahnılarımız səsləndirildi. BBC-nin ofisinin qarşısında keçirilən aksiya zamanı həmin əraziyə 50 nəfərdən az erməni toplaşmış, təxribata cəhd etsələr də bu cəhd uğursuz alınmışdır. Yürüş və mitinq nizamlı və proqramlı şəkildə uğurla davam etdirilmişdir. Azərbaycanlıların sayca çox olduğunu, eləcə də ərazidə güclü polis və təhlükəsizlik tədbirlərinin görüldüyünü görən erməni icmasının üzvləri yürüş-mitinqə hansısa formada mane olmaqdan çəkinmişdir".