adalet.az header logo
  • Bakı 14°C

Aqil ABBAS: AYASOFYA VƏ AĞDAMIN DONUZ SAXLANILAN MƏSCİDİ

AQİL ABBAS
82921 | 2020-07-31 09:40

Fateh Sultan Mehmet İstanbulu fəth elədi və Türkün bayrağını bu şəhərin ən ucazirvəsinə sancdı. 567 ildir bütündünya yığışıb o Bayrağı yendirməyə çalışır, amma gücü çatmır.

Və gəldi Ayasofyaya, bu kilsəni məscid elan elədi vəorda namaz qıldı. Və minbərindən də azanoxundu.

Sinaqoq da, kilsə də, məscid dəAllah evidi. Hər üçündə ibadət edənlərbir Allaha ibadət edirlər, bir Allahadua oxuyurlar.

Fateh Ayasofyanı sökdürə də bilərdi, ya da istəsəydikarvansara eləyərdi, ya da əsgər yataqxanası. Amma etmədi. Allah eviadını qoruyub saxladı. Dünənxristianlar bu məbəddə Allahadua oxuyurdular, bu gün müsəlmanlaroxuyur.

Tarixi hamınız əzbər bilirsiz, sonra 1934-cü ildən muzeyə çevrildi, amma ibadətə də bağlanmadı.

Və bu günlərdə Türkiyənincümhurbaşkanı sayın Rəcəb Tayyib ƏrdoğanDanıştayın çıxardığı qərarasöykənərək Ayasofyanın yenidən məscid kimi fəaliyyət göstərməsinə imza atdı.

Mən bütün hallarda qardaş ölkənin cümhurbaşkanının qərarına hörmətlə yanaşıram.



Və indi bütün xristianölkələri Ayasofyanın məscid elan olunmasına etiraz edərək birləşiblər.Hətta Papa deyilənə görə,buna təəssüfləndiyini bildiribvə hönkür-hönkür ağlayıb.

Xristian ölkələrindən təkcə Rusiya (əslində elə Rusiyanın əhalisinin30-35 faizi müsəlman türkləridi) bu məsələyə soyuqqanlı yanaşıb və bildirib ki, bu, Türkiyənin daxili işidi. Yeri gəlmişkən, onu da qeyd edəkki, keçmiş Sovetlər ölkəsində ən böyükməscidi də Putin Moskvada tikdirdivə Ərdoğanla birlikdə açılışınıda elədi.

Bəli, bütün xristiandünyası buna görə Türkiyənitop atəşinə tutur və təəssüf ki,qardaş Türkiyə də müsəlman ölkələrindənelə bir güclü dəstək də görmür.

Görən, bu müsəlmanlarınəllərini-ayaqlarını pişik yeyib vəya dillərini pişik yeyib?

Ermənilər Qarabağda məscidləri yandırdılar, dağıtdılar.Ağdam məscidini də donuzxanaya çevirdilər. Və heç bir müsəlman ölkəsi səsiniçıxarmadı. Özünü İslamrespublikası sayan və şiə məzhəbinə söykənən, dinimiz və kültürümüz, bir çox adət-ənənələrimiz, mətbəxlərimizeyni olan İran həmin məscidin də məhz şiə məscidi olduğunu nəzərə alıbErmənistana gözün üstəqaşın var demədi.

Şuşada Gövhər ağa məscidinidağıtdılar, amma sonra onufarsların özlərinə bərpa etdirib, indi də Fars məscidi adı iləsırıyırlar dünyaya.


Minlərlə insanın, uşağın, ağsaqqalın, ağbirçəyin qanı tökülmüş torpaqları tapdayaraq hansı müsəlman gedib Şuşadakıməsciddə namaz qılırsa, o, ermənidəndə betərermənidi.

Deyə bilərsiniz ki,Ayasofya möhtəşəm bir abidədi, nəbilim 1500 yaşı var, ammaAğdam məscidi və ya Gövhərağa məscidi 200-250 ilin abidələridi, özü də elə birmöhtəşəmliyi də yoxdu.

Kasıbın olanından. Mənim üçün və bizlər üçüniçində donuz saxlanılan Ağdamməscidi Ayasofyadan da möhtəşəmdi,Notrdamdan da.

Və bundan başqa, ermənilər Qarabağda Ayasofyadan da qədim olan türkabidələrini darmadağın ediblər, izləri də qalmayıb. Mən o abidələrin bir daşını da ayasofyalara dəyişmərəm.

Sabir necə deyir:

Cin görürəm, şeytan görürəm, qorxmuram,

Harda müsəlman görürəm, qorxuram.

Bu yazını niyəyazdım?

Baxıram, Türkiyənin bu qərarına Azərbaycandan da etiraz edənlər çıxır və belələrini başa düşmürəm. Ayasofyanın dərdiniçəkənlər çoxdu, bəlkə bizişğal altda olan torpaqlarımızdakı öz məscidlərimizin dərdiniçəkək?!


TƏQVİM / ARXİV