adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Fatehin dəftəri – Necati Doğru

61090 | 2020-07-31 12:12

Fateh SultanMehmetin həqiqətən Din İşləri Nazirinin xütbə mövzusuna çevirdiyi bir qarğışıvarmı?

Fatehin!

Neçə qarğışıvar?

Birmi?

İkimi?

Beşmi?

Onmu?

Tarixçilərindilik susurlar.

Bəlli kiiqtidardan, təzyiqdən, həbsdən, hədəf taxtası olmaqdan, linç edilməkdənçəkinirlər.

Tarixçilərdanışacaq.

Gerçəklər üzəçıxacaq.

Prof. Dr. SüheylÜnver 88 yaşında vəfat etdi. 88 illik ömrünün 75 ilini araşdırma aparmağa, dərsdeməyə, həkimliklə maraqlanmağa, əsaslı bir arxiv qurmağa, elmi məqalələryazmağa, qəzet yazıların, kitab, risalə, broşürlərə və şeir yazmağa sərf edib.

★★

Prof. Dr. Süheyl Ünver içində Fateh Sultan Mehmetlə bağlıminiatürlər də olan "Fatehin Dəftəri” adlı sənədli kitab yazdı. Və hətta bukitabı Ərdoğan İstanbul Büyükşehir Bələdiyyə başçısı seçilən zaman İBB-ninkitab çapı ilə məşğul olan şirkəti Kültür A.Ş yenidən çapa verdi.

Bələdiyyəbaşçısı Ərdoğan da "Bu gözəl kitabı istanbullu soydaşlarımıza təqdim etməkdənqürür duyuram” - deyə dəstək verdi. Oxunmağını istədi. Hə, bax bu SüveylEnverin "İstanbul risalələri” adlı 5 cildlik kitabının 158-ci səhifəsində "Fatehinqarğışı” bağlı tarixçə var.

★★

Tarixçədə belə deyilir:

"Fateh İstanbulu alıb ordu ilə Ayasofyanın önünə gəldiyi zaman dərindən birinilti eşitdi. Səsin gəldiyi tərəfə bir adam göndərdi. Saqqalı uzanmış, halıpərişan bir keşiş tapıb gətirdilər.

Fatehin hüzuruna çıxartdılar və soruşdular:

Niyə həbs olunmusan?

Keşiş fala baxdığını və mühasirə hazırlıqlarıərəfəsində Konstantinin özünü çağırıb İstanbulku türklərin alıb-almayacağınıdemək üçün rəml atmasını (qeybdən xəbər verməsini) dediyini, rəmldə İstanbuluntürklərin əlinə keçəcəyini dediyini və Konstantinin bu fala əsəbiləşərək onuzindana atdığını danışdı.

Və keşiş dedi:

"Falım doğru çıxdı”.

Fateh də keşişə İstanbulun öz əlindənçıxıb-çıxmayacağını bilmək üçün ondan rəml atmasını və doğru desə,mükafatlandırılacağını dedi.

Keşiş yenə rəml atdı.

Və dedi:

- İstanbul türklərin əlindən müharibə və çevriliş yolu ilə çıxmayacaq.Lakin elə bir zaman gələcək ki, əmlak və ərazilərinin satılacaq, bu sürətləİstanbul türk malı olmayacaq”.

Fateh təəssüfləndi.

Əllərini havaya qaldırdı.

"İstanbulda qazandığım yerləri əcnəbilərə satanlarAllahın qəzəbinə tuş gəlsinlər!” – deyə qarğış elədi.

★★

Fateh nədeyir?

Mən İstanbulualdım.

Fatehin birnəsihəti var.

"Ağlıöldürsən, əxlaq da ölər. Ağıl və əxlaq ölərsə, millət bölünər.

Hakimi pulla aldığın gün ədalət ölər.

Ədaləti öldürdüyün gün dövlət də ölər”.


Dilimizə uyğunlaşdıran: Eminquey

TƏQVİM / ARXİV