adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Iyul 2020 12:38
32433
İQTİSADİYYAT
A- A+

Mərkəzi Bank: Azərbaycanda strateji valyuta ehtiyatlarının həcmi artıb

2020-ci il iyulun 30-a olan vəziyyətə əsasən, Dövlət Neft Fondu və Mərkəzi Bankın strateji valyuta ehtiyatları 51,53 milyard dollara bərabər olub.

Bunu Mərkəzi Bankın İdarə heyətinin sədri Elman Rüstəmov mətbuat konfransında deyib.

Ölkədə strateji valyuta ehtiyatlarının həcmi ötən ilin sonu ilə müqayisədə 5,4 milyard dollar və ya 1,8 faiz artıb. Ehtiyatların 87,4 faizini Dövlət Neft Fondunun aktivləri təşkil edir.