adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
30 Iyul 2020 12:15
20230
DÜNYA
A- A+

Avropada qüvvələrin yeni konfiqurasiyası...

Rusiya xarici işlər nazirinin müavini, Aleksandr Qruşko, RİA Novostiyə bəysn edib ki, Rusiya ABŞ-ın Avropada hərbi gücünün rekonfiqurasiyasına, elan edilən dəyişikliklərdən sonra qiymət verəcək.

" Hələ ki, qiymət vermək tezdir. Vaşinqtondan son vaxtlar rekonfiqurasiya ilə bağlı siqnallar gəlir. Onlarda həftədə beş cemə axşamı var. Gah çıxırlar, gah gəlirlər və s. Ona görə də anons edilən xəbərlərə görə qiymət vermək hələ tezdir"-deyə Qruşko bildirib.

Daha əvvəl Pentaqonun rəhbəri Mark Esper, Almaniyadan 12 min hərbiçinin çıxarılacağını bildirmişdi. O, hərbiçilərin yarısının evə dönəcəyi, qalanlarının isə NATO-nun digər Avropa ölkələrində olan hərbi bazalarına, o cümlədən İtaliyaya və Belçikaya yerləşdiriləcəyini bildirmişdi.

ABŞ Avropadakı baş qərərgahını Almaniyadan, Belçikanın Mons hərbi bazasına göçürməyi planlaşdırır.

Rüstəm Hacıyev