Faiq QİSMƏTOĞLU: DÖYÜŞƏ GEDİRİK...

FAİQ QİSMƏTOĞLU
86359 | 2020-07-31 12:38

Bu millətin, buxalqın, bu insanların ruhunu və Vətən sevgisini heç bir müharibə, heç bir düşmən,heç bir yadelli öldürə, sındıra bilməz. Çünki bu millət, bu xalq Vətənin ənağır, ən çətin və ən məşəqqətli günündə birləşməyi bacarıb. Ölkəmizin və dövlətimizinüstünü qara buludlar alanda, xalqımızın və millətimizin həyatını düşmənlər zəhərləməkistəyəndə yağılar bu birliyi görüb, bu möhtəşəmliyi hiss edib tısbağa kimiqınlarına çəkiliblər...

Tarixən bizimbir türk dövləti kimi mövcudluğumuz və nüfuzumuz qonşularımızın gözünə iynəkimi batıb. Və onlar həmişə çalışıblar ki, nəyin bahasına olursa-olsun Azərbaycanınmüstəqilliyi, dövləçiliyi olmasın. Və onlar ona da çalışıblar ki, bu gənc dövlətivə ölkəni parçalasınlar. Amma Azərbaycanın çox böyük siyasətçiləri, uzaqgörən,müdrik rəhbərləri tərəfindən onların, yəni düşmənlərin arzuları gözlərindəqalıb. 1918-ci il mayın 28-də müstəqilliyi əldə edəndə də, sonra Ulu Öndər HeydərƏliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqilliyi və dövlətçiliyi qorunubsaxlanılanda da düşmənlərimizin başına bir dəyirman daşı düşüb. Və bu dəyirmandaşı bu gün də onların başına dəyib.

Tovuzda - cəbhəbölgəsində də ermənilər bu dəfə yenidən təxribat yaratmaq istədilər. Mövqelərimizi,Tovuzun sərhəd kəndlərini ağır artilleriyalardan atəşə tutdular. 13 şəhidverdik, 30-a yaxın yaşayış binası onların atdığı top mərmisindən dağıldı və zərərgördü. Və ermənilər fikirləşirdilər ki, bu hücumları ilə yeni rayonlar, yeni kəndlər,yeni torpaqlar işğal edəcəklər. Ancaq onlar fikirləşdiklərinin əksini gördülər...

Gördülər ki, Azərbaycan ordusu 1990-cı illərin əvvəllərində olannizamsız ordu deyil. Bu ordu həm müasir hərbi texnikası, həm də döyüş taktikasıilə çox güclüdür. Və bu ordu güclü zərbələrlə ermənilərin döyüş mövqelərini, hərbitexnikalarını və o cümlədən səngərlərini sıradan çıxardı. Yəni Tovuzda ermənilərkabab iyinə gəlmək istəyirdilər, gördülər ki, eşşək dağlayırlar. Onların ağzımöhkəm ovuldu...

Bütün bunlara isəAzərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında nail olmaq mümkün oldu.Çünki həm Ulu Öndər Heydər Əliyev, həm də cənab prezident İlham Əliyev Azərbaycandaçox möhtəşəm və Qafqazın ən güclü ordusunu yaradıb. Və bu ordu 2016-cı ilinaprelində Lələtəpə yüksəkliyini azad edib Horadiz şəhərinin, Cocuq Mərcanlının təhlükəsizliyini necə təminetmişdisə, Tovuzun və qonşu rayonların təhlükəsizliyio cür həyata keçirildi. Ermənilərin ağlı 1990-cı ilin əvvəllərinə getmişdi. Birmərmi, bir top atılan kimi təxribatçılar işə düşür, "erməni gəldi” deyib camaatarasında vahimə yaradırdı. Nizamsız ordu isə pərən-pərən düşürdü. 2020-ci ilinAzərbaycan ordusu isə ermənilərə bir daha öz gücünü və möhtəşəmliyini göstərdi,onların özlərini pərən-pərən saldı.

Heç bir güc, heçbir qüvvə və heç bir düşmən millətin ruhunu öldürə, əyə və sındıra bilməz. Bu ruh, bu güc iyul ayında bir dahaöz möhtəşəmliyini göstərdi. Bakıda minlərlə adam gecə saatlarında küçələrəaxışıb Azərbaycan prezidentinə və ordumuza dəstək olduqlarını bildirdilər.Düzdür, daxildəki bəzi təxribatçı qüvvələr millətin bu dəstəyinə və oyanışına ləkəgətirsə də, onlar ifşa olundu və xalqın möhtəşəmliyi və birliyi bir daha özünübariz surətdə təsdiq elədi.

Cənab prezidentİlham Əliyevin müraciəti ilə 55 mindən çox könüllü səfərbərlik məntəqələrinəgedərək cəbhədə döyüşmək istədiklərini bildirdilər. Yeniyetmə, gənc, qoca, həttaqadınlar belə məlum quruma müraciət edərək qeydiyyata alındılar və hər an, hərdəqiqə döyüşlərdə iştirak etməyə hazır olduqlarını bildirdilər. Birinci Qarabağmüharibəsində canlarını, həyatlarını qurban verən Qarabağ qaziləri cənabPrezidentə cəbhəyə getmək üçün müraciət etdilər. Onların bir çoxu 1994-cü ilinyanvarında Füzulinin Horadiz şəhərinin və 22 yaşayış məntəqəsinin azad olunmasıuğrunda döyüşlərdə iştirak ediblər. Onların bəziləri ayaqlarını, gözlərini,qollarını itirsələr də, ürəklərindəki vətən eşqini və vətən məhəbbətini heç kəsitirməyib. Bu döyüşkənlik ruhu, milli qürur və ruh onlarda yenə güclüdür. Elə Vətənbelə oğulların çiyinində qorunur və müdafiə olunur.

Bu gün də səfərbərlikidarələrinə çoxlu sayda Qarabağ döyüşçüləri və digər gənclər müraciət edirlər.Onlardan biri də Birinci Qarabağ döyüşündə vuruşaraq Qarabağ müharibəsiveteranı adını almış və bədənində çoxlu sayda qəlpələr gəzdirən laçınlı ElburusAğayevdir. Mən Laçınlı Elburus Ağayevi və onun qardaşı Arif Ağayevi düz 20 iləyaxındır tanıyıram. Hər iki qardaş bu vətənin, bu millətin, bu torpağın uğrundaillərlə erməni yağılarına qarşı döyüşüblər.

Elburus AğayevFüzulinin Bəhmənli kəndində olan "N” saylı hərbi hissəsində ən ağır döyüşlərdə iştirak edib. Bəhmənlinin və eləcə də Horadizşəhərinin, digər 22 yaşayış məntəqəsinin azad olunmasında çox böyük xidmətlərivar. Və o heç vaxt bu barədə, yəni özünün ağır döyüşlərdə iştirakı haqqındadanışmayıb. Sonradan öyrənmişəm ki, bu döyüşən Laçın igidlər Bəhmənlidə bibimoğlu rəhmətlik Şükürgilin evində qalıblar. Bibim oğluyla kənd azad olunandansonra tanış olublar. Daha doğrusu, dostlaşıblar.

Qarabağ döyüşüiştirakçısı Elburus qardaşımız deyir ki, mən bir neçə dəfə o döyüşlərdə qəlpəyarası almışam və bu gün də bədənimdə həmin qəlpələri gəzdirirəm. Və ağırzamanda camaat kəndə qayıdandan sonra bəhmənlilərin mərdliyinin, kişiliyininşahidi olmuşam. Çünki onlar özləri yemədikləri toyuğu, cücəni kəsib bişirərəkbizi qonaq eləyiblər. Və o kənd elə bilirdim mənim öz doğma elimdi, obamdı. Bugün də qardaşım Arif o kəndə tez-tezgedir. Çünki orda onun sənin kimi dostu var. Amma mən nə vaxtdandı nə Bəhmənliyə,nə də Horadizə gedə bilirəm. Elə bu gün, sabah deyib hələ ki, istəyimə nail olabilməmişəm. Cənab prezidentin müraciətindən sonra bədənində qəlpə olsa da,Suraxanı rayonunun səfərbərlik idarəsinə cəbhəyə gedib döyüşmək üçün müraciəteləmişəm. Səfərbərlik idarəsinin rəisi Qəşəm müəllim mənim müraciətimə hörmətləyanaşdı və qeydiyyata aldılar.

Biz Qarabağmüharibəsi iştirakçıları döyüşdüyümüz yaşayış məntəqələrinin və cəbhə bölgəsininbütün yollarını, cığırlarını, sirli aləmini tanıyırıq. Məndən olsa 18 yaşlı əsgərlərposta göndərilməz. O posta mənim kimi təcrübəli, psixoloji və fiziki cəhətdən həmişəhazır olan döyüşçülər getməlidir. Çünki biz bilirik ki, müharibə, döyüş, düşməninüstünə şığımaq nə deməkdir. Və biz heç də zəifləməmişik. Düzdür, yaşımız bir qədərçoxdur. Amma döyüş təcrübəmiz, peşəkarlığımız, fiziki durumumuz şükür Allaha,yetərincədir. Ömrümüzün çox hissəsini yaşamışıq. Tay bundan sonra dünyanı tutubgetməyəcəyik ki! Biz cəbhəyə döyüşməyə, torpaqlarımızı ermənilərdən azad etməyəvə onları it kimi gəbərtməyə gedəcəyik və həmişə də ürəyimdə bir inamım var ki,bu döyüş gec-tez olacaq və bu döyüşdə də işğal altında olan torpaqlarımızınhamısını azad edəcəyik.

DostumuzElburusun sözünə qüvvət olaraq demək istəyirik ki, bəzi döyüşçülərimiz beləfikir səsləndirirlər ki, biz cəbhəyə ölmək üçün gedirik. Bu fikrin özündə birbalaca bədbinlik, pessimist əhval-ruhiyyə var. Ona görə də bu vətəni, bu milləti,bu dövləti qoruyan bütün döyüşçülər başqa cür düşünürlər: onlar cəbhəyə ölməyəyox, düşməni öldürməyə və torpaqlarımızı işğaldan azad etməyə gedirlər. Bundangözəl nə ola bilər? Qoy millətimizin məmə deyənindən pəpə deyəninə qədər hamısıtəki bu ruhda, döyüşkənlik ruhunda olsun!

... Bu millətindöyüşkənlik ruhu, mübarizliyi, vətənsevərliyi bu gün çox möhtəşəmdi... Bu möhtəşəmliyihər bir Azərbaycan vətəndaşı döyüş bölgəsinə gedib öz borcunu verməkdə görür...Bu möhtəşəmliyi biz bu gün hər evdə, hər kollektivdə, hər kənddə, hər eldə, hərobada görürük... Millət çox möhtəşəm ayağa qalxıb və cənab prezidentin döyüş əmrinigözləyir. Allah bu milləti, bu xalqı və bu dövləti qorusun!!!


TƏQVİM / ARXİV