adalet.az header logo
  • Bakı 17°C
29 Iyul 2020 19:25
10737
MƏMLƏKƏT
A- A+

İlham Məmmədov seçiciləri ilə növbəti görüşünü keçirib

28.07.2020-ci il tarixdə 48 saylı Yevlax Seçki dairəsindən deputat seçilmiş İlham Məmmədov seçiciləri ilə növbəti görüşünü Yevlax rayonun Qaramanlı və Qaraməmmədli kəndində karantin qaydalarına əməl etmək şərti ilə keçirib. 

İlham Məmmədov ilk öncə seçicilərə koronavirus pandemiyasının öləmizdə ilk yayıldığı günlərdə ölkə rəhbəri cənab İlham Əliyevin rəhbərliyi altında görülmüş qabaqlayıcı tədbirlərdən danışmış, karantin müddətində vətəndaşlara göstərilmiş sosial qayğıları diqqətə çatdırmış, vətəndaşların sağlamlığının qorunması ilə bağlı ayrılmış mövcud xəstəxanaları, ölkə ərazisi üzrə istifadəyə verilmiş modul tipli səhiyyə müəsisələrinin mübarizə tədbirlərində effekt önəmini izah edib.

İlham Məmmədov qeyd etmişdir ki, dövlətin icra etdiyi geniş miqyaslı tədbirlərin effektliyinin artırlması naminə hər kəsi məsuliyyətli davranmağa, sosial məsafənin qorunmasının, tibbi maskalardan istifadə etməyə çağırmışdır. Daha sonra Millət vəkili kənd sakinlərini dinləmiş , onlar narahat edən mövcud problemlərinin həlli ilə bağlı aidiyyatı qurumlar qarşısında məslə qaldıracağını bildirmişdir. Daha sonra İlham Məmmədov YAP Yevlax rayon təşkilatının inzibati binasında ona fərdi məslələri ilə bağlı müraciət etmiş vətəndaşaları dinləmiş və onların həlli istiqamətində tezliklə işlərin görüləcəyini bildirib.