adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
29 Iyul 2020 22:21
18812
HADİSƏ
A- A+

Məktəbli qızlar həmyaşıdlarını döyüb kameraya çəkdilər - VİDEO

Məktəblilər həmyaşıdlarını döyüblər, əməllərini videoya çəkdikdən sonra sosial şəbəkədə paylaşıblar.

Lenta.ru-nun məlumatına görə, hadisə Rusiyanın Sverdlovsk vilayətindəbaş verib.

Bildirilir ki, iki qız və iki oğlan13 yaşlı məktəblini döyüblər. Səbəb isə zərərçəkənin sosial şəbəkədə hücumçulardan biri haqqında kobud şəkildə danışması olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarıhadisənin bütün iştirakçılarını valideynləri ilə birlikdə tərbiyəvi söhbətə çağırıblar. Uşaqların davranışlarına görəvalideynlərə protokol tərtib olunub.