adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
29 Iyul 2020 22:13
62254
MARAQLI
A- A+

12 yaşlı uşaq oyuncaq tapançaya görə həbs olundu - VİDEO

Britaniyada əlində oyuncaq tapança olan 12 yaşlı uşaq həbs olunub.

Bu barədə RT-yə uşağın anasıMina Aqeponq bildirib.

Onun sözlərinə görə, uşağa heç ayaqqabılarını geyinməyə imkan verməyiblər, əynində bircə şalvarla,əllərini qandallayaraq şöbəyə aparıblar.

"Kay qapını açmağa getdi, mən də onun arxasınca yollandım. Biz başı dəbilqəli, əli silahlı, üzümüzə və sinəmizə lazer hədəfi yönəltmiş dörd-beş polis gördük. Elə bil kino səhnəsi idi”, - deyəqadın bildirib.

Polis şöbəsində isə bildiriblər ki, ailənin yaşadığı ərazidəodlu silahdanistifadəilə cinayət əməli törədilib, uşaq da şübhəli kimi saxlanılıb.