adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
29 Iyul 2020 21:00
19715
DÜNYA
A- A+

Peskovdan etiraf: Kremldə heç kim bilmirdi

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Belarus Prezidenti Aleksandr Lukaşenkonun koronavirusa yoluxmasını şərh edib.

Axar.azxəbər verir ki, Peskov Kremldə bundan heç kimin xəbəri olmadığını etiraf edib.

"Hər bir halda Prezident Lukaşenkonun ünsiyyətdə olduğu bütün rusiyalı məmurlar sağ və salamatdır”, – Dmitri Peskov bildirib.

Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko koronavirus infeksiyasına yoluxduğunu və xəstəliyi simptomsuz keçirdiyini deyib.