adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
29 Iyul 2020 16:44
19421
MƏMLƏKƏT
A- A+

Əcnəbi gənclər Azərbaycanın ərazi bütövlüyünə dəstək həmrəyliyi nümayiş etdirdilər (VİDEO)

12 iyul 2020-ci il tarixdə Ermənistan hərbi birləşmələrinin Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətində tərətdiyi təxribata etiraz əlaməti olaraq, Gənclər və İdman Nazirliyi və Xarici İşlər Nazirliyi tərəfindən xarici ölkələrin gəncləri arasında gerçəkləşdirilən "Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda esse yazı müsabiqəsinin qalibləri "Qarabağ Azərbaycandır!” deyərək ölkəmizə öz dəstəklərini ifadə ediblər.

Bu barədə Gənclər və İdman Nazirliyindən Adalet.az-a məlumat verilib.

Qeyd eilir ki, 2011-ci ildən başlayaraq keçirilən müsabiqələrin əsas məqsədi Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, Azərbaycanın milli-mədəni və tarixi irsini xarici ölkələrin gəncləri arasında təbliğ etmək, xarici ölkələrin gənc alim və tədqiqaçtıların Azərbaycanı yaxından öyrənərək, elmi-tədqiqat fəaliyyətlərini müəyyən etmək, xarici ölkələrin gəncləri arasında Azərbaycan haqqında məlumatları artırmaqdır.

Əcnəbi gənclərin göndərdikləri videolar ümumiləşdirilmiş formada təqdim edilir:

Qarabağ Azərbaycanındır!