adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
29 Iyul 2020 16:38
17393
DÜNYA
A- A+

Ukraynada koronavirusa yoluxma göstəricisi kəskin artıb

İyul ayında Ukraynada koronavirusa yoluxma göstəriciləri iyun ayı ilə müqayisədə üç dəfədən çox artıb.

Adalet.az-ın məlumatına görə, bunu ölkənin Səhiyyə naziri Maksim Stepanov deyib.

O bildirib ki, iyunda ölkə üzrə yoluxma göstəricisi 100 min nəfər üçün 50 nəfərə bərabər idisə, iyul ayında bu rəqəm 161 nəfərə bərabər olub.

Qeyd edək ki, bu günədək Ukraynada 67 597 nəfər koronavirusa yoluxub, 1 650 xəstə ölüb, 37 mindən çox xəstə sağalıb.