adalet.az header logo
  • Bakı 6°C
29 Iyul 2020 15:35
119834
GÜNDƏM
A- A+

OĞUL ANASI İLƏ İSTANBULDA GÖRÜŞƏ BİLDİ

Bəli, yollar bağlanıb – oğul anasına, ata balasına, qardaş-qardaşına həsrət qalıb. Yaxşı ki, bu whatsapp var, heç olmasa orda bir-birlərinin sifətlərini görürlər.

Deməli, belə. Oğul yaşayır Kiyevdə, ana yaşayır Bakıda, neçə aydı bir-birlərinə həsrətdilər.

Axırda oğul anasına deyir ki, sən uç İstanbula, mən də burdan uçum İstanbula, orda görüşərik. Və nəhayət, İstanbulda həsrət bitir.

İndi ana Tovuzda, oğul Bakıda. Soruşurlar ki, biz necə görüşə bilərik? Çox asan, ana da İstanbula bilet alır, oğul da – gedib İstanbulda görüşürlər.

Mesta vstreçi izmenit nelezya.