adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
29 Iyul 2020 15:36
10801
MƏMLƏKƏT
A- A+

İlham Əliyev Balakəndə açılışlar etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən rayonuna səfər edib.

Dövlət başçısı Balakən şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da 320 şagird yerlik Balakən şəhər Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib.

Dövlət başçısına binada yaradılan şərait barədə məlumat verilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən regional ASAN Xidmət mərkəzinin açılışında iştirak edib.

Prezident İlham Əliyev mərkəzdə yaradılan şəraitlə tanış olub.

Sonra dövlət başçısı ASAN könüllüləri ilə görüşüb.

***

İyulun 29-da "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Balakən Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

***

İyulun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan Balakən-Qazbinə-İtitala avtomobil yolunun açılışında iştirak edib.

Tədbir çərçivəsində Balakən–Hənifə–Gülüzanbinə avtomobil yolunun da təqdimatı olub.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən rayonunda "Bal meyvə” bağçılıq təsərrüfatı ilə tanış olub.

Dövlət başçısına təsərrüfat barədə məlumat verilib.