adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
29 Iyul 2020 13:51
15095
DÜNYA
A- A+

İran hərbi təlimlərdə ballistik raketlərdən istifadə edib

"Tasnim" agentliyinin məlumatına görə hərbi təlimlər zamanı İran hərbi qüvvələri yeraltı ballistik raketlərdən istifadə edib.

İslam İnqilabi Keşikçiləri Korpusu Fars körfəzi və Ormuz boğazı yaxınlığında, hərbi dəniz qüvvələri və aerokosmik qüvvələri ilə birgə keçirilən " Böyük Peyğəmbər-14" kod şifrəli hərbi təlimlərin son manevrlərini həyata keçirirlər.

Agentliyin məlumatına görə, İran hərbiçiləri təlimlərin ikinci günü müvəffəqiyyətlə ballistik raketlərin atışını həyata keçiriblər.

Hərbi təlimlər zamanı ilk dəfə olaraq ötən il kosmosa çıxardıqları "Nur" hərbi peykindən aldıqları məlumatlardan istifadə ediblər.

Bundan başqa, bildirilir ki, İran həmçini şərti gəmi maketindən istifadə etməklə, amerikan aviadaşıyıcısına hücum əməliyyatını da sınaqdan çıxarıblar.

İslam İnqılabi Keşikçiləri Korpusunun komandanı Hüseyn Salami hərbi təlimlərlə bağlı bəyan edib ki, Tehranın siyasəti və strategiyası müdafiə xarakterlidi. "Lakin ölkəmizə qarşı təcavüz olarsa, düşmənə qarşı hücum taktikası üzərində də işləyirik"

Rüstəm Hacıyev