adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
29 Iyul 2020 13:43
14301
GÜNDƏM
A- A+

Elçin Mirzəbəyli: “Məscidin qapısı açıq olanda...”

Şəhidlərimiz, Azərbaycan dövlətinin qurucuları, tarixi şəxsiyyətlərimiz haqqında özfəaliyyət "kitab” yazılışlarına və "film” çəkilişlərinə son qoyulmalıdır. Klassik portret janrının başına-gözünə döyüb "sənədli film” adına cəmiyyətə sırımaq istəyənləri isə, ümumiyyətlə bu sahəyə yaxın buraxmaq lazım deyil...

Yaxşı xatırlayıram, Sank-Peterburqdan yenicə qayıtmışdım və AzTV-nin iki redaksiyası ilə əməkdaşlıq edir, başqa bir redaksiyasında isə çalışırdım. Yeni verilişin rejissorssenarisini, təbii ki, kadr bölgüsü (raskadrovka) ilə birlikdə adını çəkmək istəmədiyim redaksiyalardan birinin başbiləninə təqdim etmişdim. Məndən təəccüblə "bu nədir” deyə soruşmuşdu və uzun-uzadı izahını vermişdim...

Belələri son 1 ilədək şəhidlərimiz, tarixi şəxsiyyətlərimiz, dövlət qurucularımız haqqında onlarla görüntü və söz yığınından ibarət, heç arxivlərin bir küncündə qalmağa belə layiq olmayan nələrsə çəkib bəh-bəhlə "təqdimat mərasimləri”ni keçirdilər. İndi bu "film”lərin heç birini xatırlayan yoxdu...

Bu baxımdan, hər kəs bildiyi, bacardığı işlə məşğul olmalıdır. "Məscidin qapısı açıq olanda...” məsəlində olduğu kimi, belələri bir az abır-həya etsələr, pis olmaz.

...Mənim üçün yaradıcılığın ən vacib şərti, ən önəmli ölçü vahidi ZÖVQDÜR! Zövqsüz, arxaik əyalət sentementallığını yaradıcılıq kimi başa düşən şəxsləri "səhnə”dən yavaş-yavaş uzaqlaşdırmaq lazımdır.