adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Iyul 2020 09:37
50785
ŞOU-BİZNES
A- A+

59 ilin aktrisası 77 yaşında öz ampulasını dəyişdi: 40 ədəd geyim kolleksiyası...

2015-ci ildə isə Vahid Mustafayevin çəkdiyi "Qanlı Yanvar" filmində rol alan və zZahiri görünüşü ilə illərə meydan oxuyan türk aktrisasıNəbahat Çehrənin 76 yaşı olmasına baxmayaraq, həm sənətdə, həmdə həyatda çox fəaldır. Onun haqqında yeni xəbərə keçməmişdən əvvəl sizə bir neçə məlumat verəcəyik.

Nəbahat Çehrə 1944-cü ildə Samsunda 4 uşaqlı bir ailədə dünyaya gəlib. Ailənin yeganə qızı olan Çehrə ana tərəfdəngürcü, ata tərəfdən laz mənşəlidir.

Çehrə 15 yaşında "Türkiyə gözəli" seçilib.1961 -ci ildə "Yaban gülüm" filmi ilə ilk dəfə səhnəyə qədəm qoydu.Hazırda 59 ildir bu sənətdədir. "Həmişəyaşıl” aktrisa 1964-cü ildə Yılmaz Güneylə tanış olub "Kamalı Zeybək" filmində çəkilir və1967-ci ildə Yılmaz Güneylə ailə həyatı qurur. Aradan 1il keçmədən də boşanırlar. 1976-ci ildə ikinci evliliyiu baş tutur. Keçmiş qalatasaraylı milli basketbolçu Yavuz Dəmirlə evlənir. Bu evlilik də alınmır,1979-cu ildə boşanırlar.

Adalet.az xəbər verir ki, ümumilikdə, 120 filmə çəkilən, bu ilin 15 martında 76 yaşını qeyd edib 77 yaşa keçən Nəbahat xanım karantin günlərində modelyer olub.

Aktrisa evdə qaldığı günlərdə40 ədəd özəl geyim kolleksiyonu hazırlayıb və Beyonce, Jennifer Lopez, Avril Lavigne kimi məşhurların geyindiyi"Afffair"markasının qurucusu Rufat İsmayıl ilə müqavilə imzalayıb.



Nebahat Çehrekarantin günlərində "içindəki qadını" yenidən kəşf etdiyini deyərək, bildirib ki: "Daxilimdə çılğın, uşaqca, amma cazibəli olan bir neçə qadının olduğunu kəşf etdim və belə bir möhtəşəm kolleksiya meydana çıxdı. Mən, bir zamanlar mağazada çalışmışam. Geyim sektoruna yaxşı tanışam. Karantin günlərində, evdə qaldığım müddətdə əvvəllər hazırladığım geyimlərin çertyojlarını tapdım və tanınmış modelyer Rufat İsmayıla göndərdim.Çox bəyəndi. Mənim çəkdiklərimi yenilədi, bir az əl gəzdirdi və beləliklə də yeni geyim kolleksiyası hazırladıq".

Qeyd edək ki, 26 ildir şəxsi həyatında kimsənin olmadığını bildirən Çehrə bunun səbəbini belə izah edib: "Buna səbəb seçici olmağımdır. Mənim üçün yaşın fərqi var. Digərlərinin şəxsi həyatına hörmətlə yanaşıram, amma mən münasibətlərə fərqli yanaşıram”.

Əntiqə Rəşid