adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
29 Iyul 2020 13:20
55859
ƏDƏBİYYAT
A- A+

Bu boyda Sarayda bir təmiz Adam tapılmadı ki... - Rəbiyyə Zərdabi yazır

Keçmişdə bir Adam çox ac və yorğun olur. Dözməyib padşahın bağından bir armud oğurlayıb yeyir.Yazığı tuturlar.Şahın hüzuruna gətirirlər. Deyir:

- Şah sağ olsun, çox ac idim ona görə oğurladım.Məni bağışlasanız Sizə qeyri-adi hədiyyəm olacaq.

Şah deyir:

-Acından armud oğurlayıb yeyənin Şaha nə hədiyyəsi ola bilər?

Kişi ovcunu açır, yediyi armudun dənələrini göstərir və deyir:

-Bunu əksəniz bir günün icində qızıl armudlar verən ağacın yaşıllandığını görəcəksiniz... Amma o toxumları mən əkə bilmərəm, çünki mən oğruyam. O toxumu həyatında əlini harama vurmamış bir Adam əkməlidir... Heç vaxt heç kimin haqqına girməyən biri əkməlidir. Əks tədqirdə Ağac o adamı zəhərləyər və öldürər. Məsələn, Şahım Siz əkin...

Şah xeyli fikirləşir və deyir:

-Mən bağban deyiləm.Toxumları ver Vəzirimə.

Vəzir deyir:

- Şah sağ olsun, vallah mən çox bacarıqsızam.

Kimə deyildisə min bəhanə ilə toxuma əl vurmurlar.

Şah xeyli fikirləşir:

-Bu armud oğrusunu çox incitməyək, toxumun necə qızıl verdiyini biz ona göstərək.

Xəzinədara tapşırır ki, ordan bir kilo qızıl gətir ver oğruya. Bunu görən bütün əyanlar hərəsi bu armud oğrusuna bir qızıl uzadır.

Şah gülərək deyir:

- Get!Verdiyin dərs hamımıza çatdı!

Oğru bir kilo qızılla sarayı tərk edir. Gedəndə də öz-özünə deyir:

-Bu boyda Sarayda bir təmiz Adam tapılmadı ki, bu armud toxumlarını əksin.