adalet.az header logo
  • Bakı 7°C
30 Iyul 2020 09:43
61233
GÜNDƏM
A- A+

SORĞU: Döyüşə qadınlar getsinmi? - Maraqlı şərhlər...

Azərbayacan Ordusu şanlı Aprel, uğurlu Naxçıvan əməliyyatından sonra Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat zamanı sarsıdıcı zərbə alıb. İşğalçı ölkənin Silahlı Qüvvələri erməni xislətinə tam uyğun şəkildə yenə də mülki əhalini, yaşayış məntəqlərini iri çaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutdu. Təbii ki, ordumuz bu dəfə də işğalçıların cavanı layiqincə verdi.

Buna baxmayaraq, Tovuz istiqamətində gedən döyüşlər insanları yenidən ordu sıralarına sövq etdi.

Predent İlham Əliyevin iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısına həsr olunan iclasındakı çıxışında Orduya yazılmaq üçün könüllü müraciətlərin qəbulu ilə bağlı çağırışından cəmi 3 gün keçməsinə baxmayaraq, rəsmi statistikaya görə, 40 minə yaxın könüllü qeydiyyatdan keçdi. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən verilən məlumata görə 22 iyula qədər könüllülərin sayı 55130 nəfərdən artıq oldu və hazırda bu proses davam edir.

Adalet.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov bildirdi ki, cəbhəyə könüllügetmək üçünmüraciət edən və qeydiyyata alınanlar arasında qadınlar da var.

Bu məlumatda xalqımız tərəfindən alqışlansa da müxtəlif fikirlər söyləyənlər, hətta qadınların müharibəyə cəlb edilərək, ön cəbhəyə getməsinə etiraz edələr də oldu.

Bu mövzuda keçirdiyimiz sorğunun nəticələrini sizinlə bölüşürük:

Ülviyyə Fətəliyeva:- Dünya təcrübəsində var: muharibələrdə qadınlar iştirak edib. Eləcə də I Qarabağ müharibəsində çox sayda mərd qadınlarımız olub. Bu gün də müharibə olsa, mən gedərəm.

Elnur Hacıyev:- Qadinlarımızın muharibə movzusu ...ele qadınlarımız var ki, çox kişilərdən urəklidi. Muharibədə doyuşmək cəsarət istəyir ...Cəsarətli olmaq cinsiyyət məsələsi deyil...Şukurlər olsun ki, ordumuz var, arxada əmr gözləyən minlərlə kişilər var ...Amma bizim kişi qeyrətli qadinlarımıza həmişə ehtiyacımız... Amma hələ ki, istəmirəmdöyüşə qadınlar getsin, hələ ki biz kişilər varıq! Çoxuq!

Firdovsi Məhyəddinov:- Döyüşən qadın deyəndə ilk ağlınıza gələn Tomris olur. Tomris xanım o vaxtkı döyüşçü qadınlarımızın neçə min , neçə yüz nəfərindən biri idi ? Heç olmaya onlarla Tomris kimi qadın adları saya yaza bilərsinizmi ? Tomrislər tarixdə bir neçə qadın olublar uzaq başı , o hesabnan da, hə, indi də bir və ya iki Tomris çıxa bilər qadınlarımızdan.
Qadınlarımızın öz öhdəsinə düşən işləri var, yaxşı olar ki, onları yerinə yetirsinlər.
Müharibə, döyüş sözlərinə bu qədər də kiçik, adi yanaşmayın.

Elnurə Abışova:- Azərbaycanda igid və cəsur qadın ənənələrinin tarixi kifayət qədər rəngarəngdir: massagetlərin məğrur hökmdarı Tomrisdən başqa, tarixin konkret dönəmlərində qəhrəman qadın hökmdar Nüşabə (heykəli olan yeganə qadın), Şirvana hücum edən Krım xanının qoşunlarını məğlub etmiş Heyran Nisə Bəyim, qoca Şərqin ilk diplomat qadını, Ağqoyunlu hökmdarı Uzun Həsənin anası Sara xatun, Şah İsmayıl Xətainin xanımı -514-cü ildə Osmanlı-Səfəvi arasında baş vermişÇaldıran döyüşündə iştirak etmiş Taclı bəyim, mərkəzləşdirilmiş Azərbaycan dövlətinin yaradıcısı Fətəli xanın həyat yoldaşı Tuti Bikə (1776-cı ildə Dərbənd şəhərini idarə etmək Tuti Bikəyə tapşırılmışdı. O, ərinin döyüşdə öldürüldüyü haqqındakı şayiələrə inanmayaraq şəhəri axıra qədər müdafiə etmiş, 9 ay düşməni Dərbəndə yaxın buraxmamışdır) Nigar, Həcər kimi qadınlar həm də mərdlik, şücaət, cəsarət rəmzləri olublar.

Elşad Namazov:- Mən belə düşünürəm ki, indi də bizim Tomrislərimiz çoxdur. Amma hələ ki, dùşməni məhv edəcək qədər böyük və güclü ordumuz var.

Rumiyyə Miraslan:- Bu gün Azərbaycan qadını əksər işlərdə kişilərlə qoşa addımlayır, hətta ailənin, cəmiyyətin daha çox yükünü öz üzərinə götürür. Belə olan halda döyüşdə niyə kişiləri tək qoyaq? Biz demirik ki, döyüşmək üçün kişilərimiz yoxdur, əksinə, kişilərimiz bu gün müharibəyə, torpaqlarımızı hərb yolu ilə işğaldan azad etməyə təşnədilər. Bu, bizi qürurlandırır, fəxr edirik. Ancaq unutmayaq ki, o kişiləri də o ruhda böyüdən Azərbaycan qadınıdır. Elə oğullarımıza döyüşdə də ruh vermək üçün ön cəbhədə onların yanında olmağımızda heç bir qəbahət yoxdur. Birinci Qarabağ müharibəsində snayper qadınlarımız vardı ki, erməniyə göz açmağa imkan vermirdi. İndi onlar, məsələn çox sevdiyim snayper Növrəstə xanım artıq yaşlanıb, onu müharibəyə göndərə bilmərik. amma onun və onun kimi digərlərinin yerinə özümüz gedə bilərik. Bu düşüncəylə də orduya könüllü yazılmışam. Ümid edirəm ki, tezliklə savaş əmri veriləcək və mən də ön sıralarda olacağam, şanlı qələbəyə şahidlik edəcəyəm.

Bakir Abdullayev:- Hər bir fərdin öz işi, funksiyası var. Qadın ən başlıca anadır. Hər bir şəxsin əsl vətəndaş kimi yetişməsində ən başlıca rolu ana oynayır. Mənim fikrimcə, qadın elə qadın olaraq qalsın. Mən heç bir halda qadını döyüş meydanında görmək istəmirəm. Əgər o gün olacaqsa, onda Allah mənə o, günü göstərməsin.



Səma Əliyeva:- Mövzu vətəndirsə, torpaqdısa, Qarabağdırsa burda nə qadın nə kişi söhbəti olmamalıdı. Atalar yaxşı deyib aslanın erk:əyi dişisi olmaz! Biri mən! Hər zaman döyuşə hazıram! Şəhidlərimizin qisasını almağa hazıram!

Cabbar Vətənsiz:- Qadınlarımıza döyüş ruhu olmayınca kişilərimiz cəbhədə qələbə çala bilməz. Nə qədər ki, Azərbaycanda ana balasına "nə işinə qalıb, başını saxla”- deyir, bizim özümüzə qayıdıb türk olmağımız çətin olacaq.

Məlahət Aslanova:- Bir ağır yük olanda yoldaşımız, qardaşımız, oğlumuz razı olmur bizim o yükü daşımağımıza . Müharibədə hər cür kobudluq və ölüm, qan olduğu üçün heç bir kişi razı olmaz ki, yaxınları olan qadınlar müharibəyə getsin. Amma Allah göstərməsin, əgər lazım olsa Tomrisdən də qeyrətli, qisasın almağı bacaran qızlarımız - qadınlarımız var.

Ramiz Abışov:- Aslanın erkəyi dişisi olmaz. Səfərbərlik elan ediləndə məndə , həyat yoldaşım da inandıq və döyüşə getmək üçün səfərbərlik idarəsinə müraciət etdik. Lakin mənim və həyat yoldaşımın gözlərimizin kökü saraldı. Döyüş əmiri komandasını verən ölkə başçısı bizi intizarda saxlayır. Biz döyüş tələb edirik!
Qadınlarımız qəhrəmandırlar. Mən millətimin qadınları ilə fəxr edirəm.

Elmar Həsənli:- Qadınlarımız bu vətən üçün milli, vətənini sevən oğullar böyütsələr, ön cəbhə də döyüşmüşkən vardılar.

Nəzrin Nəzirli:- Arxadan arxayın olan ərlər, daha cəsarətli və qorxmaz olar inanın. O oğulları ki, mənim kimi mubariz analar böyüdür, onlara sadəcə "irəli" deyən bir əmr lazımdır.

Coşqun Həsənov:- Qadınlar ancaq həkim və tibb bacısı kimi döyüş bölgəsində ola bilər. Onların heç snayper olmalarına da ehtiyac yoxdu.

Zənnimcə, təkrara ehtiyac yoxdu! Mövzu Vətən olunca... Aslanın erkəyi-dişisi olmaz!

Əntiqə Rəşid