adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
29 Iyul 2020 11:27
9145
GÜNDƏM
A- A+

Zərdab Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib? - RƏSMİ AÇIQLAMA

Zərdab Rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi barədə yayılan məlumatlara aydınlıq gətirilib.

İcra Hakimiyyətindən verilən məlumata görə, sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır və İcra Hakimiyyətində heç bir əməliyyat keçirilməyib:

"Müxtəlif internet saytlarında və sosial şəbəkələrdə Zərdab Rayon İcra Hakimiyyətində guya əməliyyat keçirilməsi barədə həqiqətə uyğun olmayan yazılar dərc olunub. Zərdab Rayon İcra Hakimiyyətinin mətbuat xidməti bildirir ki, Zərdab Rayon İcra Hakimiyyətində heç bir əməliyyat keçirilməyib. Dərc olunmuş həmin materialların heç bir hüquqi əsası yoxdur".(trend)