adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 Iyul 2020 11:02
16040
DÜNYA
A- A+

Hakerlər Papanın sirlərini öyrənməyə cəhd etdi

Çinli hakerlər son aylarda Vatikanın kompüter şəbəkəsinə bir neçə kiberhücum təşkil ediblər.

Bu barədə "The New York Times” məlumat yayıb.

Nəşr qeyd edib ki, hakerlərin hədəfi Vatikanın kompüter şəbəkəsi və de-fakto Vatikanın Honkonqdakı maraqlarını təmsil edən Müqəddəs Taxt-Tacın elmi missiyası olub.

Kiberhücumlar Papa tərəfindən Çinə yepiskoplar təyin edilməsi ilə bağlı danışıqlar ərəfəsində baş tutub.

Hakerlərin hər hansı gizli informasiyanı əldə edib-etməməsi açıqlanmayıb.