adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
29 Iyul 2020 10:39
15482
DÜNYA
A- A+

“Taliban” Qurban bayramı ilə əlaqədar 3 günlük atəşkəs elan etdi

"Taliban” radikal qruplaşması çərşənbə axşamı Əfqanıstanda Qurban bayramı günlərində - 31 iyuldan başlayaraq üçgünlük atəşkəs elan edib.

Adalet.az-ın Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə "Taliban” sözçüsü Zabihullah Mujahed bildirib.

Dari və Puştu dillərində yayımlanan müraciətdə "Taliban” bütün üzvlərini bayram günlərində diqqətli olmağa çağırıb. Bildirilib ki, 3 gün ərzində qarşı tərəfin ərazilərinə müdaxiləyə icazə verilmir.