adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 Iyul 2020 09:26
42096
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: RUH TRANSFERİ

Demə heç kimə. heç nə
Soruşan olsa məni...
Kipriklərin süzəcək -
Gözlərin dolsa...məni...

Tapacaq baxan kimi -
Üzündə donan qəmdən...
Məndə olan idimi -
Kipriyindəki nəmdən...

Oxuyacaq saçının
Üstündəki nəfəsdən...
Duyacaq boylanıram -
Sinəndəki qəfəsdən...

...Ruh transferin seçdim ki,
Qalmadı başqa yolum...
Varlığına köçdüm ki -
Sevgimlə birgə olum!