adalet.az header logo
  • Bakı 19°C
28 Iyul 2020 21:45
15449
DÜNYA
A- A+

BMT-dən dünya dövlətlərinə ÇAĞIRIŞ

Havanın keyfiyyəti koronavirus infeksiyasından ölüm nisbətinə təsir göstərir.

Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatında deyilir:

"Hava çirklənməsi və istixana qazı tullantıları əhəmiyyətli dərəcədə azalıb. Mövcud göstəricilərə görəhavanın keyfiyyətsiz olması COVID-19-dan ölüm nisbətinin daha yüksək olmasına təsir edir”.

Təşkilatdan bildirilib ki, ətraf mühitin qorunması üçün xüsusi tədbirlər görülmədən dünyada havanın təmizlənməsinin təsiri yalnız müvəqqəti bir nailiyyət olacaq.

BMT-nin Baş katibi Antonio Quterres ölkələri "inklüziv iqtisadi bərpa üçün yaşıl siyasətə riayət etməyə” çağırıb.