adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
28 Iyul 2020 21:29
23097
İDMAN
A- A+

Həbib karyerasının son döyüşünü kanadalı idmançıya qarşı keçirəcək

UFC-nin prezidenti Deyna Uayt bildirib ki, məşhur rusiyalı döyüşçü Həbib Nurməhəmmədov karyerasının son döyüşünü kanadalı Jorj Sen-Pyerə qarşı keçirə bilər.

D.Uayt bu barədə Bjpenn.com saytına açıqlamasında qeyd edib.

"Aydındır ki, hazırda Həbib Geyci ilə görüşü düşünür. Mən Həbibin 30-cu döyüşündə rəqibinin kim olacağını bilmirəm. Bilirəm ki, Konor Makqreqor həmişə bu revanşın baş tutmasını istəyib.

Jorj Sen-Pyerlə döyüşmək? Əlbəttə ki, bu, onun karyerasının son döyüşü ola bilər. Bu uşaqlar möhtəşəmdir. Mən Həbibə böyük hörmət bəsləyirəm və onun istəklərini həyata keçirməyə hazıram”, - deyəUFC-nin prezidenti vurğulayıb.

Qeyd edək ki, iyulun 3-də H.Nurməhəmmədovun atası və məşqçisi Abdulmanap Nurməhəmmədov vəfat edib.

Bu hadisədən sonra H.Nurməhəmmədovun növbəti rəqibi - ABŞ təmsilçisi Castin Geyci ilə görüşü müvəqqəti təxirə salınıb.