adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
28 Iyul 2020 20:16
8908
GÜNDƏM
A- A+

Agentlik sədri: Turizm sektorunun bərpası regional və qlobal səviyyədə sərt rəqabət şəraitində keçəcək

Hazırda turizm sənayesi bütün tarixi boyu ən dərin böhran vəziyyətini yaşayır.

Trend-in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.

Onun sözlərinə görə, iqtisadiyyatın bu sektorunun bərpası regional və qlobal səviyyədə sərt rəqabət şəraitində keçəcək. Turizm sənayesinin rəqabət qabiliyyətinin artırılması üçün onun bütün subyektlərinin qərar qəbul etmə prosesinə cəlb edilməsi tələb olunur:

"Bu zaman qərarlar tez bir zamanda qəbul edilməli, reaksiya dinamik və səmərəli olmalıdır. Turizmin bərpa edilməsinə və inkişafına kömək edə biləcək və etməli olan ən mühüm amillərdən biri ölkəyə turist gəlişinin mümkünlüyü amilidir".