adalet.az header logo
  • Bakı 19°C
28 Iyul 2020 19:00
22368
İDMAN
A- A+

Azad Rəhimov İƏT-in iclasında iştirak edib

İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Gənclər və İdman nazirlərinin 4-cüKonfransının sədri, Azərbaycanın Gənclər və İdman naziriAzad Rəhimov Banqladeşin paytaxtı Dəkkənin İƏT ölkələrinin Gənclər paytaxtı elan edilməsi ilə bağlı keçirilən iclasının açılış mərasimində çıxış edib.

Nazirliyin mətbuat katibi Səmayə Məmmədovanın verdiyi məlumatagörə, A.Rəhimov bildirib ki, bu proqramın tolerantlıq, gənclərin inkişafı, onların dünyada baş verən dinamik dəyişiklikləri izləyib, daha yaradıcı və intellektual olmaları üçün xüsusi yeri var.

Dəkkəni gənclər paytaxtı seçilməsi münasibətilə təbrik edən nazirin Azərbaycan hökumətinin İƏT Gənclər Forumuna daim öz dəstəyini göstərdiyini və göstərməkdə davam etdiyini vurğulayıb. O, gənclərin sağlam və parlaq gələcəyinin ölkəmiz üçün prioritet istiqamət olduğunu diqqətə çatdırıb:

"İƏT Gənclər Forumunun əsası 2004-cü ildə Bakıda təşkil olunmuş Baş Assambleyanın iclasında qoyulub. Bununla yanaşı, 2010-cu ildən başlayaraq, ölkəmiz İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzinin iclasına də ev sahibliyi edir. 2019-cu ilin fevral ayından Bakının sədrliyi ilə keçirilən Gənclər və İdman nazirlərinin daimi iclası da dediklərimə əyani sübutdur” deyən A.Rəhimov İƏT Gənclər paytaxtı proqramının əhəmiyyətindən, onun gənclərin inkişafı istiqamətində həyata keçirəcəyi işlərdən və qarşıda gerçəkləşdirilməsi nəzərdə tutulan addımlardan danışıb.

Qeyd edək ki, iclasda Banqladeşin Baş naziri Şeyx Hasina, İƏT-in Baş katibi Yusif bin Ahmad Al-Oteym, Banqladeşin Gənclər və İdman naziri Zahid Ahsan Russel, Banqladeşin Xarici İşlər naziri Abdul Momen, Qambiyanın Ədliyyə naziri Daşda A Jallov, İƏT Gənclər Forumunun prezidenti Taha Ayhan vədigər rəsmilər iştirak edib.